Türkiyənin məşhur “Pop-Star” yarışmasında tanınmağa başlayan Bayhan Gürhan daha müğənnilik fəaliyyəti ilə məşğul olmayacaq. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Bayhan yenidən köhnə peşəsinə - aşpazlıq fəaliyyətinə geri dönüb. İfaçılıq fəaliyyətindən uzaqlaşan müğənni açıqlamasında “Pul qazanmaq elə də asan deyil” deyərək, çörəyinin köhnə peşəsindən çıxdığını deyib. O, Türkiyədə "B.Ç.” adında bir kafedə çalışacaq.
Qeyd edək ki, 2003-ci ildə ”Pop-Star” yarışmasına qatılan Bayhan, Əhməd San, Deniz Seki, Ercan Saatçi, və Armağan Çağlayanın başçılıq etdiyi münsiflər heyətinin xeyir duası ilə müğənnilik fəaliyyətinə başlamışdı. Qısa müddət ərzində tamaşaçılar rəğbətini qazanmağı bacaran müğənni, daha sonra uğursuzluqlarla üzləşib. Səkkiz il sonra yenidən köhnə peşəsinə qayıdıb.