Azərbaycanlı müğənninin "Youtube" kanalı silindi
27 noyabr 2015 12:12 (UTC +04:00)

Azərbaycanlı müğənninin "Youtube" kanalı silindi

0

 
 Müğənni Roza Zərgərlinin “Youtube” kanalına haker hücumu olub. Lent.az-ın məlumatına görə, video izləmə portalında ifaçının “RozaZergerli”,  “RozaZergerliTV” adlı kanalları silinib. Həmin kanallarda müğənninin bu günə qədər çəkdirdiyi klipləri yer almışdı.

 

R.Zərgərli bununla bağlı fikirlərini Lent.az-a bölüşüb: “Bu yaxınlarda təqdim etdiyim "Qəmli nağıl” klipi qanlı nağıla çevrilmək üzrə idi. Bu qalmaqaldan istifadə edənlər etdilər. Hətta cürət edib, klipimi, mahnılarımı da “YouTube”dan sildirdilər. Mən elə bilirdim bu, Aygün Kazımovanın işləridir. Amma bir neçə həftədir bütün vaxtımı bu işə ayırmışam. Və bunu edən şəxsin kimliyi məlum olub. Həmin şəxsin ev ünvanına kimi əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz. Bu yaxınlarda mediaya ilə görüş keçirəcəyəm. Həmin görüşdə hər şeyi açıq danışacağam”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar