Azərbaycanlı müğənni Roza Zərgərli yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Zelfi Bədəlova, musiqisi və aranjimanı Elvin Musayevə məxsus “Ayrıldıq nədən” adlı mahnı oxuyub:
“Bu mahnıya klip çəkməyi planlaşdırırıq. Çəkilişləri xaricdə etməyi düşünürəm. Sentyabr ayında Yaltada keçiriləcək "Şərq bazarı" (Vostoçnıy bazar)adlı musiqi yarışmasına münsif qismində dəvət almışam. Onlardan da maraqlı təklif gəlib. Ola bilsin ki, klipin çəkilişləri Krım Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaltada gerçəkləşsin. Doğrudur, hələ də istirahətə getməmişəm, yaradıcılığımla məşğulam. Yeni mövsüm üçün İctimai kanalda aparıcısı və müəllifi olduğum "Bakı vaxtilə" verilişinin hazırlıqlarını görürəm. Amma buna baxmayaraq, on günlük istirahət etməyi planlaşdırıram. Həmçinin növbədə artıq hazır olan yeddi mahnım var ki, onları da inşallah istirahətdən qayıtdıqdan sonra təqdim edəcəm. Bir böyük layihə üzərində də çalışıram. Amma bu qoy sirr olaraq qalsın. Ancaq onu deyə bilərəm ki, inşallah bu layihə ilə Azərbaycan mədəniyyətinə və incəsənətinə daha da böyük töhfə vermiş olacam”.