Əməkdar artist Röya Ayxan növbəti dəfə aktrisa Məlahət Abbasova barəsində danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə aktrisanın ünvanına bu sözləri yaz;b: “Deyirəm gör necə əsərlər oxuduq... Neçə insanı sevindirdik... Bir tamaşa oynayıb, sonra da Azərbaycanı bəyənməyib tərk edən birinin məsləhətinə qaldıq. Qızı yaşdayam, bacı dedi. Sonra da unudulanların yadına düşdü. Mən bizə yol açanı, bir stəkan çay süfrəsinə dəvət edəni görmədim. Mən - ayağı boyda qız, onun həyatı boyda iş gördüm. Sonda da özünü təzədən Azərbaycana mənlə sevdirdi. Ay, Röya, sənlə fəxr edirəm, unudulanları yenidən yaşadırsan... Halal olsun mənə. Bir ay keçməz yeni əsərlə ağladıb-güldürərəm sizi. Amma onu bir də çətin xatırladım”.
Xatırladaq ki, M.Abbasovanın R.Ayxanın "Bəyaz şou"dakı çıxışını bəyənməməsi ifaçının etirazına səbəb olmuşdu.