Əməkdar artist Röya Ayxan şou-biznesdə özlərini ona bənzədənlərdən danışıb.
Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə telefon bağlantısı edən ifaçı bu sözləri deyib: “Özünü mənə oxşadanlara heç nə deyə bilmərəm, çünki onlar məni sevən insanlardır. Səhnədə geyimim üçün saatlarla bir paltarın üzərində çalışırlar. Amma oğlumu 1-ci sinfə apararkən ordakı valideynlərdən yüksək olmamaq üçün 21 manatlıq paltar geyinmişdim. Bahalı geyinmək, kimisə əzib keçmək mənə yaraşmaz. Amma səhnə tamam başqadır. Artıq Türkiyədə efirlərə çıxmağa başlamışam. Etdiyim səhvlərdən nəticələr çıxarıram. Mən işimə bütün həyatımı həsr etmişəm. İnanıram ki, oğlum hər zaman mənə dəstək olacaq. Mənə oxşayanlara demək istəyirəm ki, bu çox ağır işdir. İcazə vermərəm ki, mən geyindiyim açıq libasları geyinsinlər. İstəmirəm ki, mənim geyimimi təkrar edib, o sözləri onlar da eşitsinlər".