Azərbaycanlı model Günay Musayevanın Türkiyə türkcəsində danışmasını ANS-in aparıcısı Rövşanə Ağasəfqızı tənqid edib. Lent.az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə bunları yazıb: “Adam cəmi 6-7 il xaricdə yaşayıb. Sizcə, bu müddət öz doğma Azərbaycan dilini unutmağa bəs edər? Yoxsa xaricdən gələndən sonra adam Azərbaycan dilində danışmağı özünə yaraşdırmır? Nə düşünürsünüz? Təsir etmək başqa, xarici dildə danışmaq başqa. Təsir bir-iki sözdə özünü göstərsin. Türk dili bizə yad olmasa da, ləhcə fərqi kifayət qədərdir. İnanmıram ki, qısa müddət ərzində tamamən öz dilimizi unudub, türk ləhcəsinə keçmək olsun. Bu, sadəcə fərqli görüntü yaratmaqdır”.
Qeyd edək ki, G.Musayevanın ATV-də yayımlanan "Bu stil mənim" yarışmasında Türkiyə türkcəsində danışması sosial şəbəkədə birmənalı qarşılanmayıb.