Rəqqasə Fatimə Fətəliyeva yeni klipi üçün kamera qarşısına keçib. Lent.az-ın məlumatına görə, o, bu dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsərinə müraciət edib.
Çəkilişləri Xızıda aparılan ekran işinin rejissoru Nail Naiboğludur. Rejissor çəkilişlərin gecə saat 3-ə qədər davam edəcəyini bildirib.
F.Fətəliyevanı klipdə 10 rəqqas müşayiət edəcək.



