Rəmişdən Elzaya tikanlı sözlər: <span style="color:red;">“Xalqı aldatmaq olmaz”
13 iyun 2014 11:05 (UTC +04:00)

Rəmişdən Elzaya tikanlı sözlər: “Xalqı aldatmaq olmaz”

0

“Heç kim özünə dahi deməsin. Bunu xalq deməlidir. Xalq görür kim-kimdir, xalqı aldatmaq olmaz”. Bu sözləri Lent.az-a gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) əməkdar artist Elza Seyidcahanın “mən dahiyəm” fikrinə münasibət bildirərkən deyib. Əməkdar artist R.Hüseynov bildirib ki, E.Seyidcahan özü barədə çox yüksək fikirdədir: “Elza Seyidcahan dahi deyil. Çıxıb efirdən “mən dahiyəm”, “sənətkaram” deməklə deyil ki... Mən özümə heç sənətkar deməmişəm. Amma Azərbaycan musiqisində dahi sənətkarlar olub. Bunlar Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Əhsən Dadaşov və barmaqla sayılacaq şəxslərdir. Amma Elza dahi deyil”.

 

Gitara ifaçısı daha sonra azərbaycanlı məşhurların konsert verməsindən danışıb: “Açığını deyəcəm. Azərbaycanda bir çoxlarının necə konsert verdiyini yaxşı bilirəm. Hansı sponsorların hesabına səhnə aldıqlarını da. Mən özüm konsert vermək istəmirəm. Çünki konsert verdim, vermədim, mən Rəmişəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2196

Oxşar yazılar