Müğənni-bəstəkar Rəhim Rəhimli 2017-ci ilin sonunda yeni klipini təqdim edib. Lent.az açıqlama verən ifaçı bildirib ki, yeni ekran işi çox fərqli alınıb: "Yeni mahnım "Bu gecə" adlanır. Uzun müddətdir bu mahnının üzərində iş gedir. Mahnının söz və musiqisi Sevər xanıma aiddir. Rejissor isə mənim dostum Anar Hüseynovdur. Ekran işində gördüyünüz imicim üzərində isə Roma çalışıb".
Müğənni klipində modellərin çox olmasına da toxunub: "Bir-birindən gözəl 30 xanım model klipimizdə rol alıb. Onların geyimlərinə xüsusi diqqət ayrılıb. Bu işdə modelyer Yeganə Sadıqovaya təşəkkür edirəm. Klipimdə onun geyim kolleksiyasından istifadə olunub".