Oğlunu əməliyyat etdirən Xatirə Bakıya qayıtdı: <span style="color:red;">"Tezliklə..."
25 noyabr 2015 12:53 (UTC +04:00)

Oğlunu əməliyyat etdirən Xatirə Bakıya qayıtdı: "Tezliklə..."

0

Novosibirskdə yerləşən xəstəxanalardan birində oğlu Emili ürəyindən əməliyyat etdirən Xatirə İslam övladı ilə birgə Azərbaycana qayıdıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Allaha çox şükür ki, gəlib çıxdım. İnşallah tezliklə görüşəcəyik”.  

 

 

Qeyd edək ki, X. İslam bir müddət öncə oğlunun səhhəti barədə bu sözləri demişdi: “Professorların gəldiyi nəticəyə görə hamiləlik vaxtı həddən artıq qrip xəstəliyi keçirdiyim üçün uşağımda anadangəlmə ürək dəlikləri var idi. Mən bunu övladım bətnimdə olanda artıq bilirdim. Sadəcə olaraq, bu dəliklər çox zaman özü qapanır. Emildə bağlanmadığı üçün uşaq inkişaf etmirdi. Çox zəif idi, buna görə də dəlikləri cərrahi müdaxilə ilə bağlatdırdıq. Çox şükür ki, övladımın həyati təhlükəsi yoxdur. Bu statusumu bütün qadınlar oxusun, övladlarınızı qoruyun” . 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar