Nüşabə Ələsgərli ağladı: <span style="color:red;">"Allah mənə dərd verdi"  - <span style="color:red;">VİDEO
03 iyul 2017 12:16 (UTC +04:00)

Nüşabə Ələsgərli ağladı: "Allah mənə dərd verdi" - VİDEO

0

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Nüşabə Ələsgərli olub. İfaçı verilişdə bir çox məqamlara toxunub: "Mən ilk dəfə efirə Cahangir Cahangirovun bəstəsi olan “Məni atdın, ay qız” mahnısını ifa edərək gəlmişəm. Həmin bəstəni Rafiq Babayev aranjiman etmişdi. O vaxt AzTV-də gecə verilişində həmin mahnını oxudum. Həmin vaxt məni bir az tanıyırdılar. Daha sonra 1994-cü ildə “Ay ləli yar” mahnısını oxudum, bu mahnıdan sonra məni hamı tanıdı. Və beləcə sevilməyə başladım”.

 

Daha sonra anasının və bacısının ölümündən danışan müğənni göz yaşlarına hakim ola bilməyib: “Mənim hər zaman problemlərim olub. Gözümü açandan zəhmətkeş qarışqa olmuşam. Problemsiz günüm yox idi. Heç bir zaman dərdim olmayıb. Daha sonra Allah mənə dərd verdi. Anam, bacım dünyasını dəyişdi”.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar