Prodüser Tolik (Tarix Əliyev) müğənni Natavan Həbibi ilə aralarında olan məhkəmə prosesi barədə sosial şəbəkələrdə yazıb. Lent.az-ın məlumatına görə, prodüser bildirib ki, Natavan Həbibinin təqdim etdiyi sənədlər saxtadır: “Bildiyiniz kimi Həbibova Natavan xanım mənə qarşı iddia qaldıraraq, guya onun barəsində kütləvi informasiya vasitələrində yalan məlumatlar yaydığıma görə üzr istəməyimi tələb edirdi. İş materiallarında olan sənədlərə qiymət verən məhkəmə bu tələbi əsaslı sayaraq iddianı təmin etmişdir. Apelyasiya və kasasiya instansiyaları qətnaməni dəyişdirmədən qüvvədə saxladılar. Lakin işin icra mərhələsində bizə məlum oldu ki, Natavan Həbibovanın (nümayəndəsi vasitəsi ilə) məhkəməyə təqdim etdiyi bir sıra sənədlər saxta imiş. İşin gələcəkdə obyektiv və qərəzsiz həll edilməsi baxımından hazırda həmin sənədləri konkret göstərmək istəmirəm, harda və kim tərəfindən saxtalaşdırıldığını onsuz da qarşı tərəfim yaxşı bilir. Amma bildirirəm ki, hazırda vəkilim Rövşən Mərəndski tərəfindən adiyatı orqanlara qanunamüvafiq qaydada müraciətlər edilib, habelə Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti veriləcəkdir”.
Qeyd edək ki, müğənni N.Həbibi Toliki məhkəməyə verməsinə səbəb kimi prodüserin onu şərəf və ləyaqətini təhqir etdiyini iddia edib.