Natavan Həbibi sevgidən oxudu:<span style="color:red;"> "Sevmək, sevilmək gözəldir"  -<span style="color:red;"> VİDEO
15 may 2017 11:54 (UTC +04:00)

Natavan Həbibi sevgidən oxudu: "Sevmək, sevilmək gözəldir" - VİDEO

0

 

Müğənni Natavan Həbibi yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Orxan Qarabasmaya məxsus “Qayıt geri” adlı mahnı oxuyub: “İlk dəfə “Funk” üslubda ifa etməyim yenilik oldu mənim üçün. Fikirləşdik ki, mahnının təqdimatı-video versiyası da fərqli olsun. Bəstənin sözlərini “smayllarla” ifadə etməklə yeni tərzdə video təqdim etdik. Videonun ideya müəllifi də yanımda çalışan Aysu xanıma aiddir. "Qayıt geri" kiçik səbəblərdən ayrılıq yaşayan və qürura yenilib, barışığa cəhd edə bilməyən cütlüklərə həsr olunub. Bu mahnı ilə sevənləri qürura görə sevgilərindən vaz keçməməyə, həmişə sevib-sevilməyə, sevgi ilə yaşamağa səsləyirəm. Sevmək də, sevilmək də çox gözəl hissdir”.

 

Qeyd edək ki, mahnının aranjemanını Nadir Nəğd Pul, Ramin Vəlibəyov, Xalis Xanbeats, səsyazma və masterinqi isə İsmayil Əsədov, Ramin Vəlibəyova edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar