Nadir Qafarzadə şou-biznesə “kiçik əjdaha” gətirdi – <span style="color:red;">FOTO  -<span style="color:red;">VİDEO
09 may 2014 22:48 (UTC +04:00)

Nadir Qafarzadə şou-biznesə “kiçik əjdaha” gətirdi – FOTO -VİDEO

0

Müğənni Nadir Qafarzadə mayın 9-da mətbuata Rauf Bədəlzadə adlı tələbəsini təqdim edib.

Lent.az-ın məlumatına görə, N. Qafarzadə bu münasibətlə media və şou nümayəndələrini bir araya gətirib.

 

 “Əjdaha” ləqəbli müğənni təqdimata gələn qonaqları salamlayaraq öz fikirlərini bölüşüb: “Bu gün mən şou-biznesə yeni bir sima gətirdim. Düşünürəm ki, Rauf Bədəlzadə bu sahədə çox tanınacaq. Çünki o peşəkar komanda ilə iş görür. Bundan əlavə o, şou-biznesə ilk addımını yaxşı və idealı atır. Belə ki, bu gün o, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Vüqarlı rəhbərim” adlı mahnını sizlərlə bölüşür. Onu da deyim ki, Rauf çox yaxşı ifaçı olmaqla yanaşı, gözəl insandır. Mən daim ona şou aləmində dəstək olacağam.

 

İndi bir çoxları deyəcək ki, şou-biznesə “kiçik əjdaha” gəlir. Amma onu deyim ki, Raufun özünə məxsus ifa tərzi var. Bu gün ilk işini təqdim etdi. İnşallah onunla bir çox layihələrə imza atacağam. Gözləməyə dəyər”.

 

N.Qafarzadənin sözlərindən sonra müğənni R. Bədəlzadə düşüncələrini dilə gətirib: “Bu gün mən ulu öndər Heydər Əliyevin xatirəsinə “Vüqarlı rəhbərim” adlı mahnını təqdim edirəm. Məhz buna görə öncə mahnının musiqi müəllifi Nailə Mirməmmədliyə və sözlərini yazan şair Vüqar Əhmədə minnətdaram.

 

Bundan savayı ustadım, bu sənətdə mənə dəstək olan insanlara, Nadir Qafarzadəyə və Təranə xanıma çox sağ ol demək istəyirəm. İnşallah şou-biznesdə bir çox işlər görəcəyəm”.

 

Qeyd edək ki, sözləri Vüqar Əhmədə, musiqisi Nailə Mirməmmədliyə aid “Vüqarlı rəhbərim” adlı mahnının klip təqdimatına əməkdar artist Elza Seyidcahan, müğənnilər Kərim Abbasov, İzzət Bağırov, Səidə Sultan, prodüserlər Namiq Qafarov, Sayqa Cahid və başqaları gəlmişdi.

Fotolar Cavid Rzayevə məxsusdur

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2061

Oxşar yazılar