Nadir Qafarzadə Polad Bülbüloğluya niyə müraciət edib? - <span style="color:red;">VİDEO
24 oktyabr 2016 11:26 (UTC +04:00)

Nadir Qafarzadə Polad Bülbüloğluya niyə müraciət edib? - VİDEO

0

Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, xalq artisti Polad Bülbüloğlunun repertuarından “Prixodi” (Gəl) adlı mahnını ifa edib: “Ümumiyyətlə mən Polad bəyin bəstələrinə heyranam. İllərdir ki, onun bəstəsi olan mahnıları sevə-sevə dinləyirəm. “Prixodi” adlı bəstəni də xeyli vaxt idi ki, ifa etmək istəyirdim. Qismət bu günə imiş. İstədim ki, Polad müəllimdən sonra da bu mahnını oxuyum, yaşadım. Ümumiyyətlə mən düşünürəm ki, musiqinin yaşı yoxdur. Gözəl musiqilər daim yaşayır, yaşayacaq. Bu mahnıya yeni nəfəs verdiyimə görə çox şadam”.

 

 

Qeyd edək ki, mahnının aranjimanını Muqbil Əzimov edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar