Müğənni Nadir Qafarzadənin sosial şəbəkədə paylaşdığı bir fotosuna görə tənqid olunub. Lent.az-ın məlumatına görə, ifaçı isə həmin tənqidləri cavabsız qoymayıb: “Bu bir obrazdır. Görəsən, bu obrazın altında nələr yatır? Əl çəkin artistlikdən, özünüz olun. Biz kimisə aldada bilərik, amma Allahı aldatmaq heç ağlınıza gəlməsin. Həyatda pislik edənlər, ev yıxanlar, işverənlik edənlər, onun-bunun işinə mane olanlar “İnstaqram”da mələk kimi görünürlər. Bir çox bəzi savadsızlar və avamlar sizə inandı, bəs Allah? Ondan qorxmursunuz? Mənim sözümü anlayan anlayacaq, anlamayansa... "Mən Allaham” deməklə, Allah olmur. Heç olmasa insan olun. Dediklərinin 10 faizini əməlində göstər. Mənsə ömür boyu insanlardan qorxmuşam. Geyimə gəldikdə isə, burada çox məna var. Şərhə ehtiyac duymuram. Allah birdir və təkdir. Ondan qorxun. Bir gün əməllərinizin hesabını verəcəksiniz. Unutmayın, yalanlaşar bu yer üzü, aldatmayaq bir-birimizi”.