Murad Arif "Xəyanət etməyən kişi"dən danışdı
28 noyabr 2015 14:43 (UTC +04:00)

Murad Arif "Xəyanət etməyən kişi"dən danışdı

0

Aparıcı-müğənni Murad Arif yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri özünə, musiqisi fransız bəstəkarları Rəşid Mir və Kristian Dessarta məxsus "Xəyanət etməyən kişi" adlı mahnı oxuyub: "Musiqini dinləyən kimi sözləri öz-özünə, demək olar ki, birnəfəsə yazıldı. Mahnının adı artıq sosial şəbəkələrdə, bəzi proqramlarda müzakirəyə çıxarılıb. Bir çox qadınların fikrincə, hər bir kişi ya xəyanət edir, ya da ən azı bu barədə düşünür, planlaşdırır. Ümid edirəm ki, mahnımız sevənlər arasında qan salmaz. Qoy, xanımlarımız bizə inansın, onların qısqanclıqları isə miqdarını aşmasın".

 

Qeyd edək ki, ötən gün gecə saatlarında "Youtube" şəbəkəsinə yüklənilən mahnının aranjemanı Nadir Nağdpula məxsusdur. Sözügedən bəstəni M.Arifdən öncə Kendji Şirak ifa edib. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar