Mətanət İsgəndərli 20 kilo arıqlamasından danışdı
05 yanvar 2016 13:22 (UTC +04:00)

Mətanət İsgəndərli 20 kilo arıqlamasından danışdı

0

“Bir çoxları deyir ki, Mətanət əməliyyatla arıqlayıb”. Bu sözləri Lent.az-a əməkdar  artist Mətanət İsgəndərli barəsində gəzən şayiələrdən danışarkən deyib: “İradəmin sayəsində 20 kilo arıqlamışam. Amma eşitmişəm, bəziləri deyir ki, əməliyyatla arıqlayıb. Əməliyyatla arıqlasam, bunu açıq deyərdim. Arıqlamaq üçün ac qaldım, gecələr piyada yol gəzdim. Bu yaxınlarda yalnız bir əməliyyat etdirmişəm, o da göz ətrafında olub. Xahiş edirəm ki, haqqa girib, barəmdə əsasız söz-söhbətlər danışmasınlar. Artıq bu şayiəyə son qoyulsa, yaxşı olar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar