Könül Kərimovanın <span style="color:red;">2550 manatlıq geyimi   
07 mart 2014 12:44 (UTC +04:00)

Könül Kərimovanın 2550 manatlıq geyimi  

0

 

Müğənni Könül Kərimova imicindən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, səhnə geyimlərinin əksəriyyətini özü seçir: “Dəblə ayaqlaşmağı çox sevirəm. Ümumiyyətlə, qadın hər zaman baxımlı olmalıdır. Misal üçün, geyimdə uyğunluğu daha çox sevirəm. Hansı köynəyi hansı ətəklə və ya ayaqqabı ilə geyinməyi öyrənmişəm. Geyindiyim geyimin qiymətinin nə qədər olması o qədər də əhəmiyyətli olmur. Seçim edən zaman gözüm tutdusa, geyinib baxıram. Xoşum gəldisə, qiymətini soruşub, alıram. İndi geyindiyim geyim elə də baha deyil. Libas 300 AZN-dir. Türkiyədən hədiyyə gəlib. Ayaqqabı 250 AZN, aksessuarlar 2 min AZN-dir. Aksessuarlarım qızıldandır. Geyimimin ümumi məbləği 2550 AZN-dir. Mənə elə gəlir ki, bu geyimimi də çox pis uyğunlaşdırmamışam, yaraşır”.

 

 

 

K. Kərimova daha sonra Lent.az-ın foto-kameralarının önünə keçərək fotosessiya etdirib.

 

FOTOlar müəllifə məxsusdur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5216

Oxşar yazılar