Xalq artisti İlhamə Quliyevanın yeni duet ortağı məlum olub. Lent.az-ın məlumatına görə, müğənni bu barədə ATV telekanalında yayımlanan "Gün keçir" verilişində bildirib. Xalq artisti illər öncə müğənni Rəşad İlyasov ilə birgə oxuduğu “Yaşın nə fərqi var” adlı mahnısını bu dəfə əməkdar artist Abbas Bağırovla ifa edib. Mahnını yeni üslubda ifa edən müğənnilər artıq bu mahnıya ekran həyatı vermək barəsində düşünürlər.