İlhamə Quliyevanın oğlundan anası barədə yeni xəbər: <span style="color:red;">"İcazə versələr..."
26 noyabr 2015 13:44 (UTC +04:00)

İlhamə Quliyevanın oğlundan anası barədə yeni xəbər: "İcazə versələr..."

0

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti İlhamə Quliyevadan xəbər var. Lent.az-a açıqlama verən xalq artistinin oğlu Orxan Nadirov bildirib ki, İ.Quliyeva bu həftə evə buraxılacaq: “Hazırda anam həkimin nəzarətindədir. Allaha çox şükür edirəm ki, səhhəti müsbətə doğru irəliləyir. Xəstəxanaya yerləşdirən zaman isə səhhəti çox pis idi. Anamın müalicə həkimləri çox sağ olsunlar. Özünü indi yaxşı hiss edir. Allahın köməkliyi, həkimlərin izni ilə anam bu həftə buraxılmalıdır. Həkimlər razı olsalar, bu baş tutacaq”.

 

Qeyd edək ki, İ.Quliyevanın oğlu bir müddət öncə Lent.az-a anasının səhhəti barədə bu sözləri demişdi: “Anam artıq neçə gündür ki, xəstəxanadadır. Mehribanın yedizdirdiyi psixotrop dərmanlar anama çox pis təsir edib. Onun fəsadlarıdır ki, bu gün anam hələ də xəstəxanadadır. Şəkəri hələ də yüksəkdir. Allahın köməyi ilə tez sağalıb, ayağa qalxacağı günü gözləyirik. Amma hələ ki, həkimlərin ciddi nəzarəti altındadır. Həkimlər hələ ki, anamı evə buraxmağa icazə vermirlər. Müalicə həkimi söylədi ki, hələ xəstəxanada qalmalıdır. Onu da deyim ki, sonuncu dəfə Mehriban anama moruq mürəbbəsi bişirmişdi. Onu yeyəndən bəri səhhəti belə pisləşib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar