Nazpəri özünə yeni vəkil tutdu
06 dekabr 2014 12:34 (UTC +04:00)

Nazpəri özünə yeni vəkil tutdu

0

Xalq artisti Nazpəri Dostəliyeva özünə yeni vəkil tutub. Bu barədə Lent.az-a açıqlamasında N.Dostəliyevanın prodüseri Mikayıl Hüseynov deyib. O, bildirib ki, bir neçə gün əvvəl N.Dostəliyevanın həmkarı İlhamə Quliyeva ilə olan məhkəmə prosesinə münasibət bildirən Yunis Vəliyev əslində müğənninin hüquqi nümayəndəsi deyil: “Biz bir neçə gün öncə mətbuatda oxuduq ki, vəkil Yunis Vəliyev Nazpəri xanım barəsində əsası olmayan açıqlama verib. Amma sizə bildirmək istəyirəm ki, noyabr ayından etibarən Nazpəri xanımın yeni vəkili var. Bu Səyyad Mirzəyevdir. Noyabr ayından etibarən Y.Veliyevin Nazpəri xanım haqqında açıqlama vermək səlahiyyəti yoxdur. Bundan sonra xahiş və tələb edirik ki, Nazpəri xanım barədə nə yaxşı, nə də pis məlumat verməsin”.

Qeyd edək ki, bir neçə gün öncə N. Dostəliyevanın keçmiş vəkili Yunis Vəliyev Lent.az-a açıqlama verərək bildirmişdi ki, İlhamə Quliyevaya 25 min manat ödənilməyəcək: “Artıq İlhamə xanım 25 min manatı istəmir. Bu məsələ bağlandı”. İ.Quliyevanın vəkili Pərviz Hacılı Y.Vəliyevin dediklərini təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar