Fatimə uşaqlar evinin sakinləri üçün bunu etdi - <span style="color:red;">FOTOLAR
26 may 2017 15:54 (UTC +04:00)

Fatimə uşaqlar evinin sakinləri üçün bunu etdi - FOTOLAR

0

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibəti ilə Mərdəkan mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı “Banu rəqs məktəbi”nin tələbələri də çıxış edib:

 

“Hamı bilir ki, mən necə həssas bir insanam. Çoxdan idi ki, uşaqlar evində olanlar üçün sürpriz etmək istəyirdim. Günlərin bir günü dostum, rejissor Nail Naiboğluya zəng elədim ki, belə bir ideyam var. O da sağ olsun ki, ideyamı dəstəklədi. Dərhal Mərdakanda yerləşən uşaqlar evinin müdiri Dilarə xanımla əlaqə saxladıq. O da bu fikrimizə müsbət yanaşdı. Beləcə konsert baş tutdu. Konsertimdə təxminən 100-ə yaxın uşaqlar evinin azyaşlı sakinləri var idi. Həmin gecədə sənət dostlarım Zenfira İbrahimova, Xatun Əliyeva, Bahar Lətifqızı da məni tək qoymadı. Arzu edirəm ki, heç bir övlad atasız-anasız olmasın. Bu çox böyük bir dərddir. İnşAllah bu cür konsertlərimin sayı çox olacaq. Bu hələ başlanğıc idi”.

 


Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar