Faiq Ağayev şou-biznesə yeni ifaçı gətirdi: <span style="color:red;">"Məsuliyyət daşıyıram"
31 avqust 2015 16:22 (UTC +04:00)

Faiq Ağayev şou-biznesə yeni ifaçı gətirdi: "Məsuliyyət daşıyıram"

0

 “Bu yay istirahət edə bilmədim, heç dənizə getməmişəm”. Bu sözləri Lent.az-a yaradıcılıq işlərindən söz açan xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, istirahət mövsümündə yalnız yaradıcılığına vaxt ayırıb: “Yeni mahnılar yazdırmışam. Çox az bir zaman ərzində bəstəkar Fərid Kərimlinin bir mahnısını ifa edəcəm. Oxuyacağım mahnının adını isə hələ açıqlamaq istəmirəm. Bu çalışmada ən böyük sirr mahnının adındadır. Bəstə tam hazır olduqdan sonra adını açıqlayacam”.

 

 

F.Ağayev daha sonra pedaqoqluq fəaliyyətindən danışaraq bildirib ki, bir neçə tələbəsi var: "Onlardan Tural Vəlizadə şou-biznesdə ilk addımlarını atır. Artıq yeni mahnılar ifa edib, “Gözüm yoldadır” adlı mahnısına isə klip çəkdirib. Klipə baxandan sonra bəyəndim, xeyir-duamı verdim. Turalla ilk tanışlığım “Space” telekanalında yayımlanan və mənim münsif olduğum “Sehrli pərdə” müsabiqəsində olub. O, ümumiyyətlə zəmanə adamı deyil. Çox tərbiyəli və kübar xarakterə malikdir. Bundan başqa bir ifaçı kimi səhnədə oxuduğuna diqqət edən, məlahətli səsli birisidir. Adətən yeni mahnılar yazdıran zaman mənlə məsləhətləşir. Bir müəllim kimi tələbəmin uğurlarını görmək məni sevindirir. Tural şou-biznesdə elə bir seqmentə daxil olmağa can atır ki, o yer şou aləmində dolu deyil. Onun üslubunda Azərbaycanda o qədər də ifaçı yoxdur. Tələbəm düzgün yol seçsə, uğur qazanacaq. Mən də müəllim kimi ona dəstək olacam. Tələbələrimə görə daim məsuliyyət daşıyıram”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar