İyulun 9-10-da tanınmış müğənni Emin Ağalarovun təşkilatçılığı ilə Xəzər dənizi sahilində “Jara” adlı musiqi festivalı baş tutacaq. Lent.az-ın məlumatına görə, “Sea Breeze” istirahət mərkəzində baş tutacaq konsertdə Rusiyanın xalq artisti Filipp Kirkorov səhnə alacaq. Gecədə xalq artisti Zülfiyyə Xanbabayeva ilə yanaşı şou-biznesin digər tanınmış simalarının da çıxışı nəzərdə tutulub.