2017-ci ildə Azərbaycanda keçiriləcək “Jara” festivalının vaxtı açıqlanıb. Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni Emin Ağalarov sosial şəbəkədə bildirib ki, gələn il festival iyulun 27-dən 30-na kimi keçiriləcək. Bu il olduğu kimi 2017-ci ildə də gecəyə tanınmış simalar dəvətli olunacaq.
Onu da əlavə edək ki, biletlər sentyabrın 12-dən etibarən satışda olacaq.
Qeyd edək ki, bu ilki “Jara” festivalında Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və bir çox sənətçilər səhnə almışdı.