Əməkdar artist Elnarə Abdullayeva maqazin proqramlarına müsahibə verməkdən imtina edib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində deyib. O bildirib ki, maqazin verilişlərinə verdiyi müsahibələr təhrif olunur: “Bu yaxınlarda maqazin proqramlarının müxbirləri yaxınlaşdı ki, müsahibə verin. Dedim ki, olmaz. Çünki müsahibə verirəm, daha sonra sözlərim təhrif olunaraq, anonsa verilir. Mənə sual verdilər ki, siz verilişdə olan zaman istəyərsinizmi ki, yanınızda gənc, tanınmayan bir ifaçı olsun? Mən də də dedim ki, yox, elə deyib, günah qazanmaram. Çünki biz də hansısa sənətçinin yanında otura-otura bu günlərə çıxmışıq. Həmin verilişdə müğənni Şəbnəm Tovuzlu (Əsədova) da müsahibə verib. Müsahibəsində deyir ki, “mən Azərbaycanın Sibel Canıyam”. Mənim də müsahibəmdən bir hissə götürülərək, anonsda ona belə bir cavab verilib: “Gözüm aydın”. Anonsa baxandan dərhal sonra qardaşlarım mənə zəng elədilər. Dedilər ki, sənin başını kəsərik. Camaatla nə işin var? Mən də and içdim k, mən onun barəsində danışmamışam. O, uşaqdır. Mənim yaşım, sənətim, işim başqa. Mənim onunla nə işim? Qardaşım söylədi ki, sənin qıçını sındırıb, evdə oturdarıq. Camaatla oyun oynamaq lazım deyil. Veriliş efirə gedənə qədər anonslar yayımlanır. Bu müddət ərzində isə anonsa görə adamın canını çıxardırlar”.