Daha bir azərbaycanlı “O səs Türkiyə”də - VİDEO
12 noyabr 2016 00:34 (UTC +04:00)

Daha bir azərbaycanlı “O səs Türkiyə”də - VİDEO

0

“O səs Türkiyə”də daha bir azərbaycanlı səhnəyə çıxıb.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun üzvü olan Müşviq münsiflər qarşısına çıxıb. O, Müslüm Gursesin repertuarından “Ben insan değilmiyim” mahnısını səsləndirib.

 

Həmyerlimiz ifası ilə Murad Bozu döndürüb və onun komandasına daxil olub.

 

Qeyd edək ki, bir neçə həftə əvvəl "Bülbüllər" qrupundan Zülfü Əsədzadə də “O səs Türkiyə” səhnəsində uğurlu çıxış etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar