Brilliantdan <span style="color:red;">CAVAB  gəldi: “Kor olanlar anlasınlar”
04 iyun 2014 18:30 (UTC +04:00)

Brilliantdan CAVAB gəldi: “Kor olanlar anlasınlar”

0

Mediada xalq artisti Brilliant Dadaşovanın Amerikanın Nyu York şəhərində ermənilər tərəfindən “Big Apple Music Awards” mükafatı ilə təltif olunması və 30 min dollar dəyərində pul və son model “Mercedes” markalı avtomobil alması barədə məlumatlara cavab özünü gözlətmədi. Lent.az-ın məlumatına görə, xalq artisti yayılan məlumatlara prodüseri vasitəsilə aydınlıq gətirib: “Düşünürük ki, layihənin 30 nəfərdən çox təşkilat qrupunun üç üzvünün erməni olması bu qədər böyüdülməməlidir. Əksinə, bu, bizim üçün yox, ermənilər üçün problem ola bilər. Brilliant xanımı isə bu uğurla təbrik etmək lazımdı. Çünki onun sənətinin gücü çoxlarını məftun edir və bu sənətin qarşısında hətta düşmənlər də gücsüz olur. Brilliant xanım Nyu Yorkun “Master Theatre” zalında keçirilən mükafatlandırma mərasimində Azərbaycan bayrağını dalğalandıraraq elə ermənilərin dəfələrlə oğurladığı "Vokaliz" mahnısını ifa edib. Əgər məsələ hallandırıldığı kimi olsaydı, elə öz müğənnilərini gətirib oxudardılar və bununla da Brilliant Dadaşovanın timsalında Azərbaycan musiqisinin təkrarolunmazlığını sübut eləməzdilər. Yazıya məhz həmin mükafatlandırma mərasimindən Azərbaycan bayrağı ilə fotoları əlavə edirik ki, bizim lehimizə olan məsələni əleyhimizə istifadə edənlər utansınlar. Tək bu fotolar bəsdir ki, Brilliant sənətinin nə olduğunu və hansı missiyaya xidmət etdiyini gözü kor olanlar anlasınlar". 

 

Prodüser qeyd edib ki, Brilliant Dadaşovaya “Mercedes” markalı avtomobil bağışlanması xəbəri bir çoxlarını musiqimizin uğuruna sevindirsə də, bəzilərini narahat edib: “Belə ki, gün ərzində müxtəlif media nümayəndələrinə anonim zənglər edən və maillər göndərən adamlar peyda olub. Həmin insanlar gah xalq artistinə avtomobil bağışlanmadığını, gah da müğənninin ermənilər tərəfindən mükafatlandırıldığını iddia ediblər. Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə milliyyəti yəhudi olan Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı, dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2382

Oxşar yazılar