Brilliant Dadaşova oğlunun toyundan danışdı: <span style="color:red;">"Yazıq..."
27 dekabr 2014 16:33 (UTC +04:00)

Brilliant Dadaşova oğlunun toyundan danışdı: "Yazıq..."

0

Xalq artisti Brilliant Dadaşova “Gündəlik” verilişinin qonağı olub. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni oğlu Cahadı özbək qızla gizli evləndirməsi ilə bağlı yayılan şayiələrə son qoyub:  “Özümdən danışdılar bəs etmədi, indi oğluma keçiblər. Aman-zaman bir oğlum var. Elə ola bilər ki, mən onu toysuz, sakit evləndirim? Mən yeganə uşağıma xınayaxdı, paltarbiçdi, böyük toy edəcəm. Bacılarım ərə gedəndə onların beş toyu olub: kiçik nişan, böyük nişan, xınayaxdı, paltarbiçdi, axırda da toy. Mən də oğluma bu cür edəcəm. O toyda qol qaldırıb sındıra-sındıra oynayacam. Ola bilməz ki, mənim oğlumun toyu səs-küysüz keçsin. Yazıq uşağımı evləndirdilər. Kim kimin övladına nə arzulayırsa, onun uşağına qismət olsun”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar