Brilliant Dadaşovanın moldovalı oğlanlarla işbirliyi - <span style="color:red;">VİDEO
27 iyul 2016 10:18 (UTC +04:00)

Brilliant Dadaşovanın moldovalı oğlanlarla işbirliyi - VİDEO

0

Xalq artisti Brilliant Dadaşova yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı "Belə belə işlər"  adlı bəstəni oxuyub. Mahnı Moldovanıın musiqi istehsalçısı olan Ragoza Music şirkətində hazırlanıb. Bəstənin sözləri B.Dadaşovanın özünə, musiqisi 2010-cü ildə Moldovanı Avroviziya mahnı müsabiqəsində təmsil edən "Sunstroke Project" qrupunun iştirakçıları Anton Ragoza və Sergey Yalovitskiyə, aranjeman isə Michael Raya məxsusdur.

 

Balkan ulduzları xalq artisti ilə ilk əməkdaşlığın təəssüratlarını bölüşüblər: "Biz daha çox Rusiya və Avropa ifaçıları üçün mahnılar bəstələmişik. Azərbaycan dilində ilk dəfə idi. Brilliant xanımla əməkdaşlıq bizim üçün çox maraqlı və məsuliyyətlidir. Bu, bizim Azərbaycan dilində ilk bəstəmiz olsa da, davamı olacaq. Çünki həm dilinizin musiqililiyi, həm də Brilliant Dadaşovanın ifası bizi çox məmnun edib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar