Azərbaycanlı müğənninin səhhəti pisləşdi -<span style="color:red;"> Əməliyyat olundu
09 sentyabr 2016 12:34 (UTC +04:00)

Azərbaycanlı müğənninin səhhəti pisləşdi - Əməliyyat olundu

0

Müğənni Niyam Salaminin bu günə təyin edilən konserti təxirə düşüb. Bu barədə Lent.az-a ifaçının prodüseri Elvin Aydın məlumat verib. Prodüser bildirib ki, konsertin təxirə düşməsinə səbəb ifaçının qəflətən səhhətinin pisləşməsi olub: “Əslində bu gün gerçəkləşəcək konsert üçün bütün hər şey hazır idi. Hətta konsert üçün xüsusi proqram, sürprizlər də hazırlamışdıq. Lakin dünən gecə saatlarında Niyam Salaminin səhhətində problem yaşandı. Dərhal həkimə müraciət etdik. Həkimlər də dərhal əməliyyat olunacağını  söylədilər. Yüngül bir əməliyyat oldu. Amma hələ də özünü yaxşı hiss etmir. Nədən əməliyyat olunduğunu isə açıqlamaq istəmirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar