Türkiyənin tanınmış aktyoru Tolqa Karellə ailəli olan azərbaycanlı model Günay Musayeva “World Bikini Model-2014” gözəllik yarışmasının münsifi olacaq. Lent.az-ın məlumatına görə, bu barədə modelin özü məlumat verib. O, bildirib ki, Çində keçiriləcək müsabiqədə bu dəfə yarışmada podiuma yox, münsiflər kürsüsündə əyləşəcək: “
“Çində keçiriləcək “World Bikini Model İnternational-2014” yarışmasına dostum Paul Catwalkin rəhbərlik edir. Həmin müsabiqədə Azərbaycanı təmsil etmək, yarışmanın standartlarına uyğun, özünə güvənən gənc professional modellər özlərini sınaya bilərlər. Dəvət edirik. Amma öncədən şəkillərinizi və məlumatlarınızı bizə göndərin. Xatırladım ki, 2008-ci ildə bu yarışmada mən də dərəcə almışdım. Bu dəfə isə iştirakçı kimi yox, münsif kimi həmin yarışmada olacam”.