Azərbaycanlı gitaraçı oğlu ilə birgə mahnı ifa etdi -<span style="color:red;"> VİDEO
21 sentyabr 2015 18:30 (UTC +04:00)

Azərbaycanlı gitaraçı oğlu ilə birgə mahnı ifa etdi - VİDEO

0

Tanınmış gitaraçı Rəhman Məmmədli oğlu, bəstəkar Tural Məmmədli ilə birgə mahnı ifa edib. Bu barədə Lent.az-a gitaraçının oğlu məlumat verib. O bildirib ki,  “Gözəl yar” adlı mahnını lentə aldırıblar: “Bu gün təqdim etdiyimiz mahnıda pianoda atamı mən müşayiət etmişəm. Bəstənin aranjemanı da mənə məxsusdur. Bundan başqa atamla birgə yeni layihə üzərində çalışırıq. Yeni işlərimiz çoxdur. Solo konsert və yeni albom da nəzərdə tutulub. Məhz buna görə də yeni bəstələr üzərində çalışırıq. Xalq və bəstəkar mahnılarını yeni aranjemanda təqdim edəcəyik. Əminəm ki, bəyəniləcək. Bu proyektdə atam fərqli bir ampluada görünəcək. Hansı ki, bu günə qədər tamaşaçılar onu elə görməyiblər”.

 

Gitaraçı R.Məmmədli də yeni layihə barədə danışaraq oğlunun peşəkar musiqiçi olduğunu deyib: "Onunla işləmək hardasa mənə çətindir. Çünki hər detala diqqətlə və məsuliyyətlə yanaşır. Bir mahnı ərsəyə gələnə qədər saatlarla işləyir. Bu gün təqdim etdiyimiz mahnının ideya müəllifi də elə odur. Onun musiqi sənətinə olan diqqəti məni bir valideyin kimi sevindirir. Düşünürəm ki, gözəl bir layihə ərsəyə gətirəcəyik”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar