Azərbaycan “Eurovision-2014” finalında –<span style="color:red;"> Nəticələr – Siyahı  - YENİLƏNİB
07 may 2014 02:14 (UTC +04:00)

Azərbaycan “Eurovision-2014” finalında – Nəticələr – Siyahı - YENİLƏNİB

0

Mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinə ilk yarımfinalı keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 00:00-da başlayan müsabiqədə təmsilçimiz Dilarə Kazımova 16 iştirakçının yarışdığı siyahıda 8-ci nömrə altında səhnəyə çıxıb. İştirakçılar ifalarını təqdim etdikdən sonra aparıcılar səs verməyə başlayıb.

 

D.Kazımova finala vəsiqə qazanan 10 iştirakçıdan biri olub. Latviya,Estoniya , Albaniya, Belçika, Moldova, Portuqaliya təmsilçiləri isə finala vəsiqə qazana bilməyib.

 

Birinci yarımfinalın səs verməsindən sonra finala vəsiqə qazanan ölkələr aşağıdakılardır:

 

1.Monteneqro - Sergey Çetkoviç

 

2.Macarıstan - Andras Kallay Sonders

 

3.Rusiya - Tolmaçova bacıları

 

4. Ermənistan - Aram Sərkisyan

 

5.  Azərbaycan – Dilarə Kazımova

 

6. San - Marino - Valentina Monetta

 

7.Ukrayna - Mariya Yaremçuk

 

8.İsveç - Sanna Nilsen

 

9.Niderland - İlze Delanj və Ueylona dueti

 

10.İslandiya - “Pollapönk” qrupu

 

Onu da əlavə edək ki, müsabiqənin sonuncu qalibi Danimarkadan savayı 5 ölkə -Almaniya, Britaniya, Fransa, İspaniya, İtaliya finala birbaşa vəsiqə qazanıb.

 

Qeyd edək ki, “Eurovision-2014” yarışması “İctimai” kanalda yayımlanır.

 

Müsabiqənin ikinci yarımfinal isə mayın 8-də keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9608

Oxşar yazılar