Aşıq Samirə boşanmasından danışdı - <span style="color:red;">Açıqlama
27 fevral 2014 12:54 (UTC +04:00)

Aşıq Samirə boşanmasından danışdı - Açıqlama

0

Mətbuatda Aşıq Samrənin həyat yoldaşı Rizvandan boşanması xəbəri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı Aşıq Samirə ilə əlaqə saxlayıb. Sənətçi öncə bu barədə danışmaq istəməsə də sonra məsələyə aydınlıq gətirib: “Açığı bu barədə danışmaq istəmirəm. Amma mən danışmadıqca şayiələr çoxalır. Bəli, Rizvandan boşanmışam. Qərarı ikimiz də verdik. O da boşanmaq istəyirdi, mən də. Aramızda problemlər yaşandı, beləcə qərarımızı verdik.  Qərar iki tərəfli oldu, boşandıq. Səbəbini deyə bilmərəm, çünki bu, ailə sirrimdir. O, mənim uşağımın atasıdır, bu, həyatdır, hər kəsin başına bir iş gələ bilər. Bizim də başımıza gəldi, boşandıq. İstəmirəm ki, bu söhbəti xırdalayım, mətbuata açıqlama verəm. Bu yaxşı xəbər deyil ki, mən bunu hər kəsə açıqlayım.

 

 

Lent.az-ın müxbirinin “Yenidən barışıq mümkündürmü” sualına, “Biz artıq dekabrdan boşanmışıq. Həyatdır, hər şeyi həyat göstərər. Çünki biz ailə quranda düşünə bilməzdik ki, başımıza belə bir iş gələr. İndi də nə deyim, bilmək olmaz. O qədər ailələr var ki, boşanırlar, bir müddət keçir, barışırlar”- cavabını verib.

 

 

Qeyd edək ki, Rizvan onun ikinci həyat yoldaşıdır. Rizvannın ilk evliyindən bir oğlu, Samirənin isə ilk nikahından bir qızı və Rizvandan daha bir qızı var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5109

Oxşar yazılar