Yusiflə Mədinənin sözü çəpləşdi:<span style="color:red;"> "Misir kraliçası deyilsən..."
02 dekabr 2015 12:55 (UTC +04:00)

Yusiflə Mədinənin sözü çəpləşdi: "Misir kraliçası deyilsən..."

0

“Kristal” qrupunun rəhbəri, prodüser Mədinə Məliklə “Azad Azərbaycan” telekanalının aparıcısı Yusif Ağayev arasında anlaşılmazlıq yaşanıb. Lent.az-ın məlumatına görə, yeni imicdə “Ondan sonra” verilişinəə qonaq olan Mədinə aparıcının gözlənilməz sözləri ilə üzləşib:  “Xrustal” qrupunun rəhbəri Mədinə Məlik... Dəyişmisən, saç düzümünü yeniləmisən. Plastik əməliyyat etdirmisən. Yaşın keçib, hər halda 16 yaşın yoxdur. Sən Misir kraliçası deyilsən, elə-belə “Kristal”ın rəhbərisən”.

M.Məlik isə Y.Ağayevin sözlərini cavabsız qoymayıb: “Plastik əməliyyat etdirməmişəm. Kompleksli insan deyiləm. Xətrimə dəyən məqam oldu. Buna toxunmasam, özümə hörmətsizlik edərəm. Qrupumun adını “xrustal” deməyinə görə incidim. “Kristal”ın 1 yaşı münasibətiylə keçirilən məclisi siz aparmısınız. Hər halda qrupun adını yaxşı bilirsiniz. İmicimin dəyişməsi qadınlar arasında qısqanclıqla qəbul olunmadı. Amma kişilər, çaşdım, amma bəziləri tərəfindən elə qısqanclıqla qəbul olundum ki... Nədəndir bu? Misir kraliçasından nəyim əskikdir ki? Yusif, ən azından yerliyik. Bəsdir Yusif”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar