"Siz mənə Fəxrəddinin gözü ilə baxın" -<span style="color:red;"> Xatirə
19 sentyabr 2015 14:23 (UTC +04:00)

"Siz mənə Fəxrəddinin gözü ilə baxın" - Xatirə

0

Müğənni Xatirə İslam "İncə maraqlar" verilişinin qonağı olub. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi aparıcının "Bizim bir dərdimiz var, efirdə kök görünürük. Xatirə də həyatda daha arıqdır" sözlərinə belə cavab verib:

 

"Nə etmək olar ki... Efirdə kök görünürük. Siz mənə Fəxrəddinin (həyat yoldaşı - red.) gözü ilə baxın. Çox istəyərdim 55 kiloqram olum, amma bacarmıram. Mən efirə şortik də geyinərəm. Buna görə mənə qadağa qoyan yoxdur. Sadəcə, çəkim buna imkan vermir".

 

Yay istirahətindən danışan X.İslam gözə gəldiyini bildirib:

 

"Gün kremini səhv almışam. Antalyaya çatan kimi günəş vannası qəbul etməyə başladım. Bütün saçımdan dırnağıma qədər hər yerim yandı, suluqladı. Çox pis dincəldim. Hamının mənə yazığı gəlirdi ki, "Tətilin məhv oldu". Ağrıkəsicilər vururdular. Dözə bilmirdim. Güclə təyyarəyə minib evimə qayıtdım".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar