“Keyxanım” ləqəbi ilə tanınan əməkdar artist Ülviyyə Əliyeva özünü müğənni kimi də sınamaq qərarına gəlib. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan aktrisa bildirib ki, mahnı oxuması təsadüfi deyil və təhsilli vokalistdir: “Açığı, müğənniliyə o qədər də iddialı deyiləm. Amma təhsilli vokalistəm, istədim ki, tamaşaçılar bu bacarığımı da görsünlər. Öz ifam barədə mən nəsə deyə bilmərəm. Bircə onu deyim ki, iki oktava yarım səsim var”.