“Lancet” tibb jurnalında dərc olunmuş yeni hesabata görə, dünya əhalisinin 3-də 1-i kökdür.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, hesabat 188 ölkədə və 1980-ci ildən 2013-cü ilə kimi aparılmış tədqiqata əsaslanır.
Dünyada 2 milyard 100 milyon insanın çəkisi normadan artıqdır.
33 il əvvəl belə adamların sayı 857 milyon olub.
Çəkisi normadan artıq olan adamlar ən çox Yaxın Şərqdə və Şimali Amerikadadır. Orada kişilərin 60 faizi, qadınların 65 faizi kökdür.
Çəkisi normadan artıq olanların ən çox olduğu ölkə ABŞ-dır. Bu ölkədəd əhalinin 13 faizinin çəkisi normadan artıqdır.
Çin, Hindistan, Rusiya və Pakistan “ən kök” 10 ölkə sırasına daxildir.
Araşdırmanı “Microsoft” şirkətinin yaradıcısı Bill Gates və xanımı Melinda Gatesin fondu olan “Bill&Melinda Gates Foundation” aparıb.