İnsanların əksəriyyəti valideynlərinin onlara qoyduğu adları bəyənmirlər.
Hətta adından utananlar da var. Bəs görəsən, bizim məşhurlar necə, adlarını bəyənirlərmi? Hansı ad onları utandırardı? Bəs özləri hansı adı seçərdi?
Lent.az axşam.az-ın tanınmışlar arasında apardığı sorğunu təqdim edir:
Aktyor Rəfael İsgəndərov:
Adından çox razıdır. Dediyinə görə, atası ispan filminə baxdıqdan sonra oğluna Rəfael adını qoymaq qərarına gəlib. Rəfael italyanca tərcümədə «mələk» deməkdir. «Əgər adımı dəyişdirməli olsaydım, Raul adını seçərdim» - deyən aktyorun ən çox utandığı adlar Güloğlan və Gülməmməddir.
Müğənni Elvin Abdullayev:
Öz adından o qədər də razı deyil. Adını nənəsi qoyub. Elə buna görə də nənəsini qınayır. Ən çox sevdiyi ad Rasimdir. Bu ada tanınmış aktyor Rasim Balayevə görə vurulub. Sevmədiyi adlar - Türkey, Elay və Pərvindir. Ümumiyyətlə, oğlanlara qız adına oxşayan isimlər qoyulmağını sevmir.
Aktyor Elməddin Cəfərov:
Əvvəllər uzun olduğu üçün adını bəyənmirmiş. Sonradan öyrənib ki, mənası «din elmi» deməkdir. Ən çox sevdiyi ad Elmindir. Onu utandıran ad isə - Xaçməmməddir.
Müğənni Səidə Sultan:
Adını babası qoyub. Dediyinə görə, babasının çox sevdiyi bir həkimin adı olub. Mənası «xoşbəxtlik» deməkdir. «Bir dəfə tanışlarımdan biri dedi ki, Səidə uğursuz addır. Bu adlı xanımlar heç vaxt uğur qazanmırlar. Mən də adımı dəyişmək istədim. Sonra bu fikrimdən daşındim» deyən, Səidənin ən çox sevdiyi ad Aidadır. Heç xoşlamadığı adlar isə Gülbikə və Bikəxanımdır.
Müğənni Xəyalə Manaflı:
Adını çox bəyənir. Mənası «xəyal edən qız» deməkdir. Onu utandıran adlar isə Ümbülnisə və Fatmanisədir. Dediyinə görə, adından çox Manaflı soyadı ona əzizdir.
Əməkdar artist Lalə Məmmədova:
Uşaq vaxtı adını heç bəyənmirmiş. Ele hey şikayətlənirmiş ki, «adımı niyə Leyla qoymamısınız?». Sonradan öyrənib ki, Lalə tarixi addır. Mənası «al-əlvan, zəriflik» deməkdir. İndi adını çox bəyənir. Ən çox sevdiyi ad Nərgizdir. Sevmədiyi adlar isə - Qızxanım və Böyükxanımdır.
Müğənni Orxan Babazadə:
Adını nənəsi qoyub. Dediyinə görə, Orxan adından xoşu gəlir, heç vaxt dəyişmək fikri olmayıb. Əgər belə bir imkanı olsa ya Fərid, ya da Sərxana adlarını seçər.
Şou-biznes: Kim adından narazıdır? - SORĞU
0
0
0
0