Türkiyədə hər il keçirilən “Kral Türkiyə Musiqi mükafatı"nın sahibləri bəlli olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “turkiyemuzikodulleri.com” saytı 2013-cü ildə fərqlənənlərin adlarını açıqlayıb. Nəticələr rejissorların, təşkilatçıların, radio işçilərinin, musiqiçilərin, sms-lərin, nəhayət adi insanların rəyinə əsasən müəyyən olunub.
Xatırladaq ki, 20 ilə yaxındır ki, qeyd edilən mükafatlandırmanın bu ilki səs verməsi 20 mart - 6 may tarixləri arasında olub. Səsvermədə 3 milyon 900 min insan iştirak edib.
Qeyd edək ki, Azərbaycandan “Kral Türkiyə Musiqi mükafatı"na Röya namizəd olsa da, yer tuta bilməyib.
Onu da əlavə edək ki, ötən il də Röyanın xalq artisti Aygün Kazımova ilə bu mükafatlandırmada adı hallansa da, hər iki sənətçi yer tuta bilməmişdi. Azərbaycandan yalnız Ezonun Rafet El Romanla ifa etdiyi “Kalbinə sürgün” mahnısı ən yaxşı duet seçilib.
"Kral Türkiyə Musiqi Mükafatları"nın 2013-cü il üçün seçilən qaliblərini təqdim edirik:
“Ən yaxşı albom” – Gülşən, “Beni durdursanmı”
“Ən yaxşı mahnı” – Gülşən, “Yatcaz-kalkcaz”
“İlin ən yaxşı mahnı sözü yazarı” – Gülşən
“İlin ən yaxşı bəstəkarı” – Gülşən
“İlin ən yaxşı mahnısının aranjimançısı” – Ozan Çolakoğlu
“Ən yaxşı kişi sənətçi” – Mustafa Ceceli
“Ən yaxşı qadın sənətçi” – Gülşən
“Ən yaxşı qrup” – “Duman”
“Ən yaxşı klip” – “Öylə də gözəl” Sertap Erener - Rejissor: Mustafa Dinc
“Ən yaxşı layihə” – Ayselin
“Ən yaxşı remiks” – Birol Giray (Be Gee) – “Cavapsız sorular” (“Manqa”)
“Ən yaxşı çıxış” – Oğuzhan Koç
“Ən yaxşı film musiqisi” – “Kelebeğin rüyası” Rahman Altan
“Ən yaxşı serial musiqisi” – “Medcezir” Toyqar İşıklı
“Ən yaxşı sinql” – “Ya ya ya” Hande Yener
“Ən yaxşı duet” – “Kalbinə sürgün” , Rafet El Roman və Ezo
“Ən yaxşı kover mahnı” – Tarkan “Firuzə”
“Ən yaxşı instrumental albom” – “Taksim trio 2”
“Radiolarda ən çox səsləndirilən mahnı” – “Yaralı” Bengü
“Mahnıları radiolarda ən çox səsləndirilən müğənni” – Mustafa Ceceli