<span style="color:red;">Nazənin 6 kilo kökəlib belə oldu:  <b>“Ağlıma da gəlməzdi ki...”</b> -<span style="color:red;"> “Ulduzların idman saatı”
28 mart 2016 15:10 (UTC +04:00)

Nazənin 6 kilo kökəlib belə oldu: “Ağlıma da gəlməzdi ki...” - “Ulduzların idman saatı”

0

 

Onlar daima efirlərdə, el şənliklərindədirlər. Bunun üçün də hər zaman özlərini formada saxlamağa çalışırlar. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində ulduzlarla sizi idman zallarında görüşdürəcəyik.

 

Budəfəki “idmançımız” isə  müğənni Nazənin Salayevadır.

 

- Nə vaxtdan idmana başlamısınız?

- Sözün açığı, əvvəllər idmana marağım yox idi. 4-5 ay olar, idmana yazılmışam. Prodüserim Pərviz Fəqan bu məkana gəlirdi. Elə məndə də idmana marağı o yaratdı. Hər ikimiz eyni vaxtda gəlirik.

Prodüseri Pərvizlə qaçış cığırında məşq etməyə başlayır.

 

- Həftədə neçə dəfə məşq edirsiniz?

- Vaxtım olanda 2 dəfə, olmayanda 1 dəfə.

 

- İdmanın həyatınızda rolu…

- Uzun illər idmanla məşğul olmadığıma görə peşmanam. Gərək bir neçə il öncə idmana başlayardım.

 

- Həyatda peşmanlığınız çox olub?

- Yox, bəzən adımın şou-biznesdə mənə uyğun olmayan adamlarla hallanmasına görə peşman olmuşam. Bəziləri bunu reytinq olaraq düşünsə də, mən qalmaqalla sənətə gəlməmişəm. “Ay ürəyim”, “Çıxaq gedək buralardan”, “Küsülü qalmayaq”, “Hardan düşdün sən yadıma” kimi mahnılarım elə mənim gündəmim olub. İndi bir çoxları şou-biznesə qalmaqallarla, saç yoldu ilə gəlir.

Güzgü önünə keçərək, qantellərlə məşq edir.

 

 

Keçək qidalanmağınıza. İdmana başlayandan nələrdən imtina etmisiniz?

- Çalışıram qədərində yeyim. Əvvəlki dövrlərə nisbətən qida rasionumdan çörəyi demək olar ki, çıxarmışam. Çox az yeyirəm. Gecələr isə çalışıram ki, meyvə ilə qidalanım.  Bir də yağlı yemək və şirniyyatdan uzaq olmağa başlamışam.

 

- Əvvəllər neçə kilo idiniz və indi neçə kilosunuz?

- Əvvəl 67, indi isə 73 kiloyam. Düz, 6 kilo kökəlmişəm. Məhz buna görə də idmana başlamışam. Onu da deyim ki, arıqlamağı bacarıram. Öz əlimdədir. Yəni istədiyim vaxt arıqlaya bilirəm. Kökələndə kompleksə düşmürəm.

- Ən sevdiyiniz idman növü hansıdır?

-Üzgüçülüyü çox sevirəm. Çox istəyərdim ki, üzəm. Qardaşım rəhmətə gedəndən sonra məndə suya qarşı kompleks və qorxu yaranıb. (Qardaşı gənc yaşında dənizdə boğulub - red.) Elə bilirəm ki, ayağımı suya qoysam, mənə nəsə olacaq.  

 

- İdmançı toyu idarə etmisiniz?

- Hə, bir çox idmançılarımn toylarını oxumuşam. Amma adlarını yada sala bilmirəm.

 

- Bəs idmançı toyu nə ilə fərqlənir?

- İdmançı toyunda 9-10-a qədər ifalar olur. Saat 10-dan sonra isə daha çox ritmli rəqslər, diskoteka olur. Bir sözlə idmançı toyu fərqli və maraqlı olur.

 

Prodüseri Pərvizlə ştanq qaldırır

 

- (Pərviz) Nazənin xanım idmana çox həvəsli başlayıb. Belə getsə, sənətini dəyişməli olacaq. (gülür)   

 

- Nazənin xanımın prodüserisiniz. Demək olar ki, ən çox sizinlə bir yerdə olur. Ən müsbət və mənfi cəhəti nədir?

- Həm müsbət, həm də mənfi cəhəti odur ki, ürəyi yumşaqdır. İnsanlara tez inanır. Elə inandığına görə də zaman-zaman adı əsassız mövzularda hallandı. İndi istəməzdim ki, bu gün də həmin mövzulara qayıdaq.

 

- Birgə neçə saat məşq edirsiniz?

 - Çox vaxt 2 saat olur. 1 saat məşq etdiyimiz vaxtlar da olub.

 Nazənin xanım söhbətə qoşulur

 

  - Neçə saat məşq etməyimiz mənim əhvalıma baxır. Bəzən olur ki, 2 saat və ya az da olur. Əvvəllər təsəvvür etməzdim ki, nə vaxtsa idman zalına məşqə gedərəm. Amma indi məşq edirəm. Düşünürəm ki, yaxın günlərdə oğlumu da idmana yazdırım. Artıq idman müəllimi ilə də danışmışam. Oğlumu idmana qoyacam.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar