Eldar Qasımov: "Səni sevirəm Konçita, heç nə vecimə deyil”
17 may 2014 13:08 (UTC +04:00)

Eldar Qasımov: "Səni sevirəm Konçita, heç nə vecimə deyil”

0

 

“Eurovision-2011”də Azərbaycana qələbə qazandıran Eldar Qasımov bu il müsabiqədə birinci olan Konçita Vrustu müdafiə edib. Lent.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə Konçitanı müdafiə edən status paylaşıb:

“Başqalarının sənin haqda dedikləri mənə maraqlıdırmı? Xeyr. Mən səni sevirəm, Konçita. Artıq bu mənasız söhbətlərdən bezdim. Sən o lənətə gəlmiş mikrofonu götürdün və “Eurovision” müsabiqəsini fəth etdin. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt odur ki, dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik. Şadam ki, qaliblər sırasına qatıldın. Səni təbrik edirəm, əzizim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2936

Oxşar yazılar