Prodüser Təranə Səmədova azərbaycanlı müğənni Səbinə Əskərova işbirliyinə başlayıb.
Lent.az-a açıqlama verən prodüser bildirib ki, yeni çalışmağa başladığı S.Əskərova ilə bir neçə layihə üzərində çalışırlar: “Səbinə ilə işbirliyimizin uğurlu olacağına əminəm.
O yeni “Yağ yağışım” adlı yeni ifasını və fotosessiyasını bu gün mediaya təqdim edir. Mahnının sözləri və musiqisi İsmayıl Əsədova, aranjimanını Samir Sultanova məxsusdur. Düşünürəm ki, seviləcək. Bu günə qədər bir çox müğənnilərlə işbirliyim olub. Şou-biznesdə çalışdığım müğənnilərin bir çoxları mənim zəhmətimi yerə vursa da, bəziləri etibarlı çıxıb. Düşünürəm ki, Səbinə də o etibarlı müğənnilərdən olacaq. Bir müğənninin bu sənətdə tanınması üçün insanı keyfiyyətləri də əsasdır. Səbinənin xarakterli müğənnidir. Onunla hələ çox uğurlara imza atacağıq”.
Qeyd edək ki, şəkillərin müəllifi Niko Abbasovdur.