Amerikalı məşhur aktyor Kevin Speysi həmkarı Anthoni Rappin onun barədə söylədiyi “Məni zorlamaq istədi” iddialarına münasibət bildirib.
Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, K.Speysi sosial şəbəkədəki səhifəsində həmkarına qarşı düzgün addım atmadığını bildirib və ondan üzr istəyib: “Anthony Rappin aktyorluğuna böyük hörmətim və heyranlığım var. Onun həyat hekayəsini dinləyəndən sonra dəhşətə gəldim. Bu hərəkəti necə etdiyimi xatırlamıram. Lakin hadisələr dediyi kimi olubsa, yəqin ki, sərxoş olmuşam. Buna görə də üzr istəyirəm. İllər öncə məndə olan bu duyğular üçün də sizdən üzr istəyirəm. Bu hadisə məni həyatımda olan digər məsələləri də etiraf etməyə cəsarətləndirdi. Ən yaxın dostlarım bilir ki, həm qadınla, həm də kişilərlə münasibətdə oluram. Kişilərlə romantik hislər yaşamışam və onlara aşiq olmuşam. Və indi də həyatımı biseksual olaraq davam etdirirəm”.