<b>Röyadan etiraf: <span style="color:red;">"Ən böyük sevgilim odur"  - <span style="color:red;">FOTO  </b>
16 noyabr 2016 12:09 (UTC +04:00)

Röyadan etiraf: "Ən böyük sevgilim odur" - FOTO

0

 

Əməkdar artist Röya Ayxan oğlu Hüseyndən danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Şou məkan” verilişində bildirib ki, oğlu yalnız şənbə və bazar günləri atası ilə gəzir: "Əvvəl sevgi deyəndə ağlıma min şey gəlirdi. İndi ancaq oğlum gəlir. Başa düşürəm ki, ən böyük sevgilim odur. O da böyüyəcək, atacaq məni. Onunla gəzməyi xoşlayıram. Düzdür, o, dərslə bağlı çox ağır bir sistemdədir. Deyir, elə bil, məni işə qoymusan, səhər səkkizdə gedirəm, axşam altıda çıxıram. İstəmirəm, onun ağlında başqa fikirlər olsun. Şənbə və bazar günləri atası ilə gəzir. İstədiyi yeməkləri yeyir. Ancaq istəyirəm ki, digər vaxtlarda onun üçün dərs və məşqləri öndə olsun. O, səkkizdə dərsə gedir, mən yatıram. O, axşam altıda-yeddidə gəlir, doqquza kimi onunla birlikdə oluram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar