Müğənni-bəstəkar Rəhim Rəhimli prodüser Toliklə aralarında olan qalmaqaldan danışıb.
Lent.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı alan ifaçı bildirib ki, prodüserlə aralarında olan söz-söhbəti telefonda çözüb: “Prodüser bostanıma daş atdı. Heç kimə cavab vermirdim. Elə insan idi ki, cavab verib, yerində otuzdurmaq lazım idi. Başqa cür mümkün deyildi. Həmin cavabdan sonra mənə gecə zəng vurdu. Dedi ki, mənə bunu bir sənətçi danışmışdı. Mən də onun əsasında o sözləri dedim. Dedim, sənə başqasının dediyini söyləmək lazımdır? Mənimlə onun arasında olan məsələdir. O söhbətdə mənim heç bir günahım yoxdur".
Qeyd edək ki, Tolik maqazin verilişlərinin birinə müsahibəsində müğənni Rəhim Rəhimli ilə Niyam qalmaqalından danışarkən R.Rəhimlini tənqid etmişdi: “Axır vaxtlar Rəhimdə çox yekəbaşlıq görürəm. Heç kimi bəyənmir, özünü Elton Conun yerində görür. Məclislərə 20 nəfər adamla gəlir, dostu, dostunun dostu, əmisi oğlu, əmisi oğlunun əmisi oğlu... Təzə işçiləri də gəlib qulağıma deyir ki, evimizə Rəhim müəllim gəlir. Nə qədər müğənni saya bilərəm ki, Rəhimin sənətindən yüksək sənətləri var. Rəhimlə Niyam Salami bilirsiniz niyə danışmır? Niyam qəzaya düşəndə zəng edib Rəhimə deyib ki, qəzaya düşmüşəm, o da deyir ki, qulağımda sırğa var, gələ bilmərəm. Amma Rəhim sonra dostları ilə qəza olan yerə gəlir və hadisə yerinə baxır, oradan gedir. Buna görə də Niyam ondan inciyib”.