Əslən azərbaycanlı ifaçı Ququş türkiyəli müğənni Fərhad Göçərlə birgə təqdim edəcəyi duet üçün İstanbula gəlib. Lent.az-ın TÜrkiyə mediasına istinadən verdiyi məlumata görə, F.Göçərlə görüşən Ququş daha sonra jurnalistlərin suallarını cavablandırıb: “İki ölkədə duet oxuyacağıq. Mahnı həm türk, həm də fransızca olacaq. Amma hansı mahnını harada oxuyacağımıza hələ qərar verməmişik. Elə buna görə də bu gün bir araya gəlmişik”.
