Dünyaca məşhur “Maxim” kişi jurnalı “Dünyanın ən cazibədar 100 qadını”nı müəyyənləşdirib. Lent.az-ın Haberturk.com-a istinadən verdiyi məlumata görə, siyahıda ən çox səsi tanınmış model Hailey Baldvin toplayıb. O, bu səsvermədə bir çox tanınmış simaları geridə qoyub. Birinciliyi qazanan model təəssüratlarını bölüşüb: “Buna görə “Maxim” jurnalına təşəkkür edirəm. Çox şadam”.
Qeyd edək ki, 20 yaşlı amerikalı jurnalın yeni buraxılışı üçün fotosessiya da etdirib.